Berluskoni biznes imperiyasını kimə vəsiyyət edib? – O qadına 100 milyon ayırıb

Berluskoni biznes imperiyasını kimə vəsiyyət edib? – O qadına 100 milyon ayırıb

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Onlar birlikdə ailə biznesinin təxminən 53%-nə nəzarət edəcəklər. Onların hər biri bərabər pay alacaq.

Uşaqlar Berluskoninin media imperiyasının əsas liderləridir: Mariya Berluskoni “Fininvest” ailə investisiya fondunun sədri, Pier Silvio Berluskoni isə onilliklər əvvəl atası tərəfindən əsası qoyulmuş Avropa yayım biznesi MediaForEurope (MFE) şirkətinin baş direktorudur.

Daha əvvəl məlumat yayılmışdı ki, Berluskoni 33 yaşlı Marta Faşinaya 100 milyon avro verilməsini vəsiyyət edib.

İyunun 9-da Berluskoni Milanın San Raffaele klinikasına aparılıb və o, iyunun 12-də 86 yaşında vəfat edib. Marta Faşina siyasətçinin son günlərində onun yanında olub. 2022-ci ilin martında Berluskoni Faşina ilə simvolik toy edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 1 =