Beş saatlıq Rusiya-Ukrayna danışıqları və Bakı detalı – TƏHLİL

Beş saatlıq Rusiya-Ukrayna danışıqları və Bakı detalı – TƏHLİL



Lukaşenko “müharibəyə qoşulmamışıq, Rusiya bunu bizdən istəməyib” desə də, hücumun başlanğıcından Belarus faktiki olaraq işğal prosesində iştirakçı ölkədir. Lakin danışıqlardan bir gün öncə Ukrayna tərəfinin yaydığı xəbər Belarusda keçiriləcək danışıqların ikinci raundunu sual altına salır.

Mümkündür ki, Ukrayna Belarusun müharibəyə qoşulduğunu açıqlaması ilə siyasi manevr edir və ikinci raundun indi, həm də Minskin vasitəçiliyi ilə keçirilməsini istəmir: bu, zaman qazanmaq məqsədinə xidmət etməklə yanaşı, danışıqların detallarına dair suallar da yaradır.

Birinci raunda hər iki tərəf heç birinin qəbul etməyəcəyi şərtlərdən çıxış etdilər: Kiyev haqlı olaraq Rusiya qoşunlarının ölkədən çıxarılmasını tələb edir; Moskva yenə “tərki-silah edilməsi, Krımın ilhaqının tanınmasını” istəyir;

Lakin hər iki tərəfin bu qədər sərt mövqeyinə rəğmən 5 saat nəyi müzakirə etdiyi də maraqlıdır. Moskvanın tələbləri fonunda Rusiya nümayəndə heyətinin 5 saatlıq görüşdə danışmaq üçün səbəbi var, rus qoşunlarının çıxarılmasını tələb edən Ukrayna tərəfi nəyi müzakirə edir?

Cavabı çətin sualdır və hələki bir ehtimal irəli sürmək mümkündür:

– Rusiya Ukraynanı düşünməyə vadar edən təhdid irəli sürür və bu təhdidi işə salmaq üçün son vaxt kimi ikinci raundu təyin edib;

Belarusun müharibəyə qoşulması ikinci raundun təxirə salınmasına və məkanın dəyişdirilməsinə imkan yarada bilər. Bu, Ukraynaya Qərb cəbhəsindən əldə edəcəyi hərbi yardım paketini tam əldə etməyə və müdafiəni təşkil etməyə imkan verə bilər.

Görüş məkanı kimi hansı şəhər seçilə bilər?

Zelenski Varşava, Budapeşt, İstanbul və Bakını təklif edir.

Avropaya getmək istəməyən Moskva Varşava və Budapeştdən imtina edə, eləcə də Türkiyənin NATO ölkəsi olmasını səbəb gətirərək, İstanbula da getməyə bilər. Bu baxımdan, Rusiya-Ukrayna danışıqlarının Bakıda keçirilməsi ehtimalı daha ön plandadır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + seven =