Beynəlxalq Əfv Təşkilatı Səudiyyə kralını Həmas təmsilçisini azad etməyə çağırdı

Beynəlxalq Əfv Təşkilatı Səudiyyə kralını Həmas təmsilçisini azad etməyə çağırdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq Əfv Təşkilatı Səudiyyə rəsmilərindən Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) Ər-Riyaddakı üzvü Məhəmməd Əl-Xəzri və oğlu Haninin azad olunmasını tələb etdi.

Beynəlxalq Əfv Təşkilatı Səudiyyə Ərəbistanında saxlanılan 83 yaşlı fələstinli Məhəmməd Əl-Xəzrinin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Beynəlxalq Əfv Təşkilatı, Əl-Xəzrinin 4 aprel 2019-cu il tarixində Səudiyyə Ərəbistanı tərəfindən həbs olunmamışdan öncə prostat xərçəngi əməliyyatı keçirdiyini də söyləyib.

Təşkilat ayrıca Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizdən əsassız iddialardan bəraət verilərək Əl-Xəzri və oğlununun sərbəst buraxılmasını tələb edib. Beynəlxalq Əfv Təşkilatı həmçinin Səudiyyə Ərəbistanı kralından Əl-Xəzrinin sərbəst buraxılması üçün tədbirlər görülməzdən əvvəl təcili olaraq xəstəxanaya yerləşdirilməsini və müalicə edilməsini istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − two =