Beynəlxalq Amnistiya Təşkilatı: İsrail “aparteid” rejimidir

Beynəlxalq Amnistiya Təşkilatı: İsrail “aparteid” rejimidir

Beynəlxalq Amnistiya Təşkilatı Fələstində baş verən hadisələrə cavab olaraq İsraili aparteid rejimi adlandırıb və onu fələstinlilərə qarşı təcavüzünə son qoymağa çağırıb.

İsraili “aparteid” dövləti kimi xarakterizə edən Beynəlxalq Amnistiya Təşkilatı sionist rejimin fələstinliləri öldürməsi, işgəncə verməsi və onları hüquqlarından məhrum etməsinin “insanlığa qarşı cinayət” olduğunu etiraf edib.

“Russia Today”-in məlumatına görə, təşkilat öz “Twitter” səhifəsində yazıb: “Aparteid sadəcə keçmişin bir hissəsi deyil. Bu, milyonlarla fələstinlinin İsraildə və işğal olunmuş Fələstin torpaqlarında yaşadığı bir həqiqətdir və bu günə qədər də davam edir.”

O, məhkəməsiz qətllər, əsassız həbslər, işgəncələr və kütləvi edamlarla bağlı hesabatları izlədiyini bildirib.

Beynəlxalq Amnistiya Təşkilatı hesabatının sonunda yazıb: “Aparteid rejimi bir qrupun həyatını digər qrupun həyatından daha vacib hesab edir və İsrail fələstinliləri öldürərək, işgəncə edərək və onları əsas hüquqlarından məhrum edərək aparteid rejimini qoruyur. Bu, insanlığa qarşı cinayətdir və buna son qoyulmalıdır.”

Ramazan ayının əvvəlindən İsrail qüvvələri Məscidül-Əqsaya və fələstinli ibadətçilərə hücum edərək yüzlərlə insanı yaralayıb. Bundan başqa, müqavimət əməliyyatları nəticəsində çoxlu sayda fələstinli gənc şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × one =