Beynəlxalq konvensiya ilə qorunan yeganə çiçək

Beynəlxalq konvensiya ilə qorunan yeganə çiçək

Publika.az xəbər verir ki, “Mavi Ulduz” çiçəyi daha çox Qara dəniz bölgəsində bitir. Bu çiçək adıçəkilən bölgədə yerləşən Trabzon vilayətinin Tonya qəsəbəsində təxminən 1300 metr hündürlükdə Kadıralak yaylağını hər yaz bənövşəyi rəngə boyayır. 

Həqiqətən də, mavi ulduza bənzəyən bu nadir çiçək, təəssüf ki, nəsli kəsilməkdə olan bitkilər sırasındadır. 

Beynəlxalq Bern Konvensiyası ilə qorunan nazik, uzun yarpaqlı Mavi Ulduz çiçəyinin yetişdiyi yaylaq Təbiət Parkı kimi təşkil olunub. 

Dörd bir tərəfi küknar ağacları ilə əhatə olunmuş yaylağın yazda bənövşəyi rəngə boyanması bənzərsiz görüntülər yaradır. Yaylağın bu füsünkar mənzərəsi xüsusilə təbiətsevərləri və fotoqrafları əraziyə cəlb edir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + fifteen =