Beynəlxalq Novruz nişanı təqdim olundu

Beynəlxalq Novruz nişanının Persepolis (Təxti-Cəmşid) Dünya İrsi Qərargahında Novruz bölgəsindəki ölkələrin səfirlərinin iştirakı ilə açılışı olub.
UNESKO-nun Qərbi və Mərkəzi Asiyada Qeyri-Maddi İrsin Qorunması üzrə Tədqiqat Mərkəzinin rəhbəri bu beynəlxalq nişanın açılışı ərəfəsində İRNA müxbirinə deyib: “Bu nişan Persepolisin sifarişi ilə Novruz Xalqları Fondu tərəfindən hazırlanıb.”
Atusa Mömini əlavə edib: “Bu simvol Persepolisdəki Novruz simvollarından götürülüb.”
“Suzanbağı Novruz bölgəsinin bütün xalqları arasında sülh və dostluq rəmzi kimi tanınır. Bu səbəbdən Novruzun simvolu kimi təsdiq edilib” – deyə, o, qeyd edib.