Beynəlxalq Valyuta Fondu: Yəmənlilərin üçdə birinin ərzaq təhlükəsizliyi yoxdur

Beynəlxalq Valyuta Fondu: Yəmənlilərin üçdə birinin ərzaq təhlükəsizliyi yoxdur

Beynəlxalq Valyuta Fondu deyir ki, müharibə vəziyyətində olan yəmənlilərin üçdə biri qlobal qiymətlərin artması səbəbindən ərzaq təminatından məhrumdur.

BMT-nin Ərzaq və Enerji Böhran Qrupu bildirir ki, Ukraynadakı vəziyyət son üç ayda dünya üzrə 1,6 milyard insana təsir edib.

 “Rusiyanın Ukraynada əməliyyatının başlamasından üç ay sonra dünya artan böhranla üz-üzədir və bu böhran bütün dünyada 1,6 milyard insanın həyatına və əmlakına təsir edir”, – BMT agentliyinin bəyanatında deyilir.

Beynəlxalq Valyuta Fondu da çərşənbə axşamı bildirib ki, əmtəə qiymətlərində qlobal artım Yəməndə iqtisadi və humanitar böhranı daha da şiddətləndirəcək. Hesabata görə, yəmənlilərin üçdə biri qlobal qiymətlərin artması səbəbindən ərzaq təhlükəsizliyindən məhrumdur.

Bu arada Yəmənin maliyyə nazirinin planlaşdırma və statistika üzrə müavini bu yaxınlarda Yəmənə qarşı müharibə aparan Səudiyyə-Əmirliyi təcavüzkar koalisiyasının bu ölkənin təkcə ÜDM-də yüz altmış milyard dollar itirməsinə səbəb olduğunu açıqlayıb.

Səudiyyə Ərəbistanı BƏƏ və bir sıra ərəb ölkələri ilə birlikdə ABŞ, Qərb ölkələri və sionist rejimin dəstəyi ilə 2015-ci ilin aprelində Yəmən xalqına qarşı hərtərəfli müharibəyə başlayıb. Çoxsaylı məlumatlara görə, Səudiyyə Ərəbistanı ən kasıb ərəb ölkəsinə qarşı bu hərbi təcavüzün əvvəlində bəyan etdiyi məqsədlərin heç birinə nail ola bilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 11 =