Beyrut alimləri: Yəmənlilərin öldürülməsi təcavüzkar koalisiyasının mənəvi iflas elanıdır

Beyrut alimləri: Yəmənlilərin öldürülməsi təcavüzkar koalisiyasının mənəvi iflas elanıdır

Beyrut Alimlər Şurası yəmənli mülki vətəndaşların öldürülməsini pisləyən bəyanatda dünyanın Yəmənin müdafiəsini pisləməsi, lakin Səudiyyə koalisiyasının dəhşətli cinayətləri qarşısında səssiz qalmasının təəccüblü olduğunu bildirib.

Beyrut Alimlər Şurası bəyanatda Səudiyyə-BƏƏ koalisiyasının Yəmən vətəndaşlarına qarşı törətdiyi iyrənc cinayətləri pisləyib və bəyan edib ki, bu cinayətlər təcavüzkar koalisiyasının meydandakı ardıcıl uğursuzluqlarını ifadə etmək və bütün insani dəyərlərinin iflas etdiyini elan etməkdən başqa, bir şey deyil.

Bəyanatda deyilir: “Dünyanın yəmənlilərin özünü müdafiəsini pisləməsi, lakin dünyanın Səudiyyə koalisiyasının dəhşətli cinayətləri qarşısında susması təəccüblüdür. Beynəlxalq ictimaiyyətin bu ikiüzlülük və riyakarlıqdan sonra insani dəyərlərdən danışması dözülməzidir.”

Bu dünya bəşəriyyətlə heç bir əlaqəsi olmayan yırtıcı bir canavara çevrilib.

Beyrut Alimlər Şurası dünyanın bütün azad insanlarını istənilən vasitələrlə Yəmən xalqına dəstək olmağa çağırıb və əlavə edib ki, qürurlu Yəmən milləti öz varlığı və ləyaqətini şücaətlə müdafiə edib və bu şücaət əvəzsizdir.

Bəyanatda deyilir: “Yeddi il keçdi və Səudiyyə-Amerika koalisiyası Yəmən xalqına qarşı ən iyrənc cinayətlər və qətllər törətməkdə davam edir.”

Amma məzlum Yəmən xalqı imkanların olmamasına baxmayaraq, hələ də mübarizə aparır və meydanda ən heyrətamiz qəhrəmanlıq səhnələrini yaradıb.

Yəmənin səhiyyə naziri Taha Əl-Mütəvakil bu gün (şənbə) Səudiyyə koalisiyasının Səədə həbsxanasına dünənki hücumu nəticəsində 82 nəfərin öldüyünü və 266 nəfərin yaralandığını, bəzilərinin vəziyyətinin ağır olduğunu açıqlayıb.

O, daha sonra yaralıların müalicəsi və köçürülməsi üçün hökumətdən, qardaş ölkələrdən və beynəlxalq təşkilatlardan tibbi yardım tələb edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 4 =