Beytlahimdə bir fələstinli qadın sionistlər tərəfindən şəhid edildi

Beytlahimdə bir fələstinli qadın sionistlər tərəfindən şəhid edildi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi bazar günü axşam bir fələstinli qadının şəhid olduğunu xəbər verib.

Bu nazirlik etdiyi açıqlamada, fələstinli bir qadının Qərb Şəriyənin cənubunda yerləşən Beytlahimin cənubunda sionist silahlılar tərəfindən vurularaq şəhid olunduğunu bildirib.

Bu qadının 60 yaşlı Rəhab Məhəmməd Musa Zəul olduğunu və onun Beytlahimin qərbindəki Nahalin qəsəbəsində yaşadığını xəbər vermişdir. Bu mənbələrə görə, sionistlər bu qadının bıçaqla bir sui-qəsd əməliyyatı həyata keçirmək istədiyini və buna görə ona atəş açıldığını iddia ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − four =