“Bibas” ailəsinin cənazələri İsrail rejiminə təhvil veriləcək

Fələstin Mücahidləri Briqadaları əsir mübadiləsi razılaşması çərçivəsində Qəzzada əsir saxlanılan Bibas ailəsinin sionist rejimə təhvil veriləcəyini açıqlayıb.
Sizinyolun xarici medialara istinadən verdiyi məlumata əsasən, Fələstin Mücahidləri Briqadalarının sözçüsü Əbu Bilal bu gün (19 fevral) verdiyi açıqlamada deyib: Əsir mübadiləsinin 1-ci mərhələsi çərçivəsində 2023-cü il oktyabrın 7-də bu briqadanın bir sıra döyüşçüləri tərəfindən əsir götürülən “Bibas” ailəsinin cəsədləri sabah (20 fevral) sionistlərə təhvil veriləcək. Bu batalyonun mücahidləri sionist rejim onları raket hücumu ilə öldürənə qədər bu ailəni qoruyub, gözəl əxlaqla və pak İslam dininin göstərişlərinə uyğun davranıblar. Hətta bu əsirlərin müdafiəsinə cavabdeh olan bu batalyonun qüvvələri sionistlərin hücumunda şəhid olublar.
Əbu Bilal əlavə edib: Mücahidlər batalyonu müharibənin bütün mərhələlərində bu sionist məhbusların cəsədlərini qorudu.