Biləsuvarda qadın övladını su kanalına atıb, körpə boğularaq ölüb
Biləsuvar rayonunda dəhşətli hadisə baş verib.
Hadisə bu gün səhər saatlarında rayonun İsmətli kəndində qeydə alınıb.
Belə ki, həmin kənddə yaşayan, 1992-ci il təvəllüdlü Gülər İmanzadə 1 yaşlı övladı Polad İmanzadəni su kanalına atıb. Nəticədə uşaq suda boğulub.
Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Trend