Bild: Almaniya iqtisadiyyatı son 75 ilin ən pis böhranını yaşayır

Almaniya iqtisadiyyatı Federativ Respublikasının yaranmasından bəri ən uzunmüddətli tənəzzülü yaşayır. Metal və Elektrik Sənayesi İşəgötürənləri Assosiasiyasının hesabatına görə, iqtisadiyyatda tənəzzül 2025-ci ildə də davam edəcək və ÜDM-də azalma 6,5 faizə çatıb.
Almaniya iqtisadiyyatı son 75 ilin ən uzun böhranını yaşayır və 2025-ci ildə bu böhrandan çıxış yoxdur.
“Bild” qəzetinin yazdığına görə, Almaniya Metal və Elektrik Sənayesi İşəgötürənlər Birliyinin 2024-cü ilin dekabr ayına qədər olan dövrü əhatə edən araşdırması, ölkə iqtisadiyyatının 1949-cu ildən bəri ən uzun tənəzzüldən keçdiyini ortaya çıxarıb.
Qəzet İttifaqın prezidenti Stefan Vulfun açıqlamalarına yer verib və hazırkı tənəzzülün “Federativ Respublika tarixində ən uzun tənəzzül” olduğunu və vəziyyətin yaxşılaşması ehtimalının olmadığını bildirib.
Qəzet belə bir qiymətləndirmə edib: “Rifahın itirilməsi göz qabağındadır. Ümumi Daxili Məhsul onilliklər ərzində müşahidə olunan artım tendensiyasından 6,5 faiz aşağı olaraq qalır. Mənfi dinamika hələ də davam edir və 2024-cü ildə ÜDM-in yeni azalmasından sonra 2025-ci il üçün proqnozlar da aşağı düşüb. Buna müvafiq olaraq yenidən baxılır”.
YouGov araşdırma şirkətinin apardığı araşdırma da göstərib ki, almanların əksəriyyəti ölkədəki iqtisadi vəziyyətdən narazıdır və bunu “pis” kimi qələmə verir.
Yaxın onilliklərdə vəziyyətin yaxşılaşacağını çox az adam proqnozlaşdırır.