Bin Salman, İordaniya çevrilişində Tel Əvivlə əməkdaşlıq edib

Bin Salman, İordaniya çevrilişində Tel Əvivlə əməkdaşlıq edib

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki,

bu yaxınlarda İordaniya Kralı II Abdullaha qarşı çevriliş planı ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ-nin iştirak etdiyi çoxtərəfli və genişmiqyaslı zərbə idi.

İordaniya rəsmisi çevrilişin sionist rejimi tərəfindən planlaşdırıldığını vurğulayıb. O, belə söyləyib: Çünki İordaniya “Əsrin müqaviləsi” adlanan ABŞ-İsrail sülh planına mənfi reaksiya verərərək ona qarşı çıxıb.

İordaniya rəsmisinə görə, İordaniyanın bu mövqeyi sionist rejimin narahatlığını artırıb, çünki bu məsələ İordaniyada yaşayan fələstinliləri  “əsrin müqaviləsi”nə qarşı təhrik etmək üçün yaşıl işıq ola bilər.

O, belə əlavə edib: “Bu səbəbdən İsrail rəsmiləri Ər-Riyadı köməyə çağırdı. Səudiyyə vəliəhdi Məhəmməd bin Salman isə Qüdsdəki İslamın müqəddəs məkanlarının mühafizəsinin İordaniyadan alınıb Səudiyyə Ərəbistanına verilməsi şərti ilə, buna (çevrilişə) razılıq verdi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − seven =