Bin Salmanın keçmiş kəşfiyyat zabitinin özünə və qızına qarşı sui-qəsd planı

Bin Salmanın keçmiş kəşfiyyat zabitinin özünə və qızına qarşı sui-qəsd planı

Sizinyol.com RT Arabic xəbər telekanalına istinadən xəbər verir ki, çərşənbə axşamı Səudiyyə Kəşfiyyat Agentliyinin sabiq məmuru Səd əl-Cəbri məhkəmədə Səudiyyə vəliəhdi Şahzadə Məhəmməd bin Salmanı ona və qızına qarşı sui-qəsd cəhdində günahlandırıb.

Əl-Cəbri, 2018-ci ildə bəzi Səudiyyə casuslarının qızı Hissa əl-Məzinini İstanbuldakı Riyad konsulluğuna çəkərək terror etməyə çalışdıqlarını söyləyib.

Xəbərdə Səid əl-Cəbrinin Səudiyyə vəliəhdini ona qarşı iki dəfə sui-qəsd hazırlamaqda günahlandırdığı da bildirilir.

Ötən ilin avqust ayının 1-də əl-Cəbri, ABŞ-da bir məhkəmədə ona sui-qəsd cəhdi etməsi ilə bağlı Bin Salmandan şikayət edib.

Əl-Cəbrinin vəsatətində deyilir ki, Səudiyyə vəliəhdi 2018-ci ildə ona qarşı Camal Qaşıqçını terror etdiyi tərzdə sui qəsd törətmək üçün ABŞ-a, daha sonra Kanadaya terror qrupu göndərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 4 =