Bin Salmanın vəhy diyarında yeni bidəti-Foto

Bin Salmanın vəhy diyarında yeni bidəti-Foto

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Ər-Riyad şəhərində ən böyük “şəhər mərkəzini” yaratmaq qərarı səudiyyəliləri və dünyanın digər ölkələrindəki müsəlmanları qəzəbləndirib. Çünki bu “şəhərin mərkəzində” kvadrat və kub şəkilli bina tikiləcək ki, bu da istifadəçilərin fikrincə, Müqəddəs Kəbəyə bənzəyir.

İstifadəçiləri təccübləndirən budur ki, görəsən, Bin Salman bu ölkədə açıq fəza siyasəti həyata keçirildikdən sonra nə qədər irəlil gedəcək və İki Müqəddəs Hərəm ölkəsini hansı istiqamətə yönəldəcək?

“Turki Aş-Şəlhub” adlı istifadəçi Twitter-də yazıb ki, Bin Salmanın Ər-Riyaddakı Kvadrat layihəsində marketlər, restoranlar və əyləncə yerləri var və kub şəklində olan bu bina Müqəddəs Kəbəyə bənzəyir.

“Jacqueline Əl-Qəhtani” də öz tvitində mübahisəli fəaliyyətlərin hələ də davam etdiyini bildirib. O yazıb: Vəliəhd Ər-Riyadda istirahət üçün Kəbəyə bənzəyən kub şəklində bina tikmək qərarına gəlib. Görəsən, Bin Salman dəli olub?

 “Hamud Əbu Mismar” da tvitində Əbrəhənin keçmişdə Kəbəni dağıtmaq istədiyini yazıb. Bu gün “Nacd Əbrəhəsi” və ya “Dəriyyə Əbrəhəsi ” adlandırıla bilən vəliəhd şahzadə fahişəliyi və fitnə-fəsadı təbliğ etmək üçün fasid şəxslərin qibləsinə çevriləcək kub şəklində bir bina tikməyi planlaşdırır!

Ey Məhəmmədin (s) ümməti! Bu binanın tikintisini pisləyin və onu inşa edənləri ilahi əzabla qorxudun!

 “Şaxuf Əz-Zimən” Səudiyyə vəliəhdinin din və alimlərlə mübarizə, qocaları edam və məhbuslara işgəncə verməklə bağlı fəaliyyətinə toxunaraq deyib: Bu hərəkətlər kifayət etmədi, indi də kub şəklində bir bina tikməyə çalışır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 13 =