Binken: “Çin və ABŞ münasibətlərdə gərginliyi azaltmağı bacarıb”

Binken: “Çin və ABŞ münasibətlərdə gərginliyi azaltmağı bacarıb”

“Çin və ABŞ münasibətlərdə gərginliyi azaltmağı bacarıb. Tərəflər bir sıra məsələlər üzrə təmasları davam etdirirlər”.

“Report”un məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken Çikaqoya səfəri zamanı deyib.

Blinken əlavə edib ki, ABŞ və Çin arasındakı münasibətlər üçüncü ölkələrə də təsir edir, onlardan müvafiq tələb var: “Mən belə düşünürəm ki, biz çox görüşəndə, çox danışanda, nəticə belə olur”.

Xatırladaq ki, Blinken fevralın 5-6-da Çinə səfər etməyi planlaşdırır. Pekində o, Rusiyanın Ukraynadakı müharibəsi də daxil olmaqla, bir sıra beynəlxalq məsələləri müzakirə edəcək.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + 11 =