Bioloqlar yeni ilan növünü aşkarlayıblar

Bioloqlar yeni ilan növünü aşkarlayıblar

Ekvadorun Milli Biomüxtəliflik İnstitutunun bioloqları yeni ilan növünü aşkarlayıblar.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “European Journal of Taxonomy jurnalında” məqalə dərc olunub.

Sürünənlərin yeni növünün uzunluğu 20 sm-ə çatır. Tədqiqatçılar ilana XX əsrin əvvəllərində Ekvadorda yerli xalqların hüquqları uğrunda mübarizə aparan fəal Dolores Kakuanqonun şərəfinə “Tropidophis cacuangoae” adını qoyublar.

Araşdırmaya əsasən, bu, qədim ilanların nəslindəndir. İlanın qədim mənşəyi onun ibtidai çanaq sümükləri ilə əsaslandırılır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + 4 =