“Birəs-Səbə” əməliyyatını həyata keçirən iki qardaş həbs edilib

Sionist polisi dünən axşam saatlarında işğal altındakı Ən-Nəqib bölgəsinin “Birəs-Səbə” qəsəbəsində iki qardaşı həbs edib.
Məlumata görə, dünən axşam saatlarında Ən-Nəqib bölgəsindəki Hura kəndinin sakini Məhəmməd Qalib Əbulqiya şəxsi avtomobili ilə bir neçə sionisti vurub və daha sonra Birəs-Səbə şəhərinin sionist sakinlərinə soyuq silahla hücum edib.
Bu şəhadət əməliyyatı nəticəsində dörd sionist öldürülüb, ikisi isə yaralanıb.
Sadalanan gənc fələstinli də sionistlər tərəfindən güllələnərək şəhid edilib.