Bir ağaca görə vətəndaşı cərimələyən qurum özü yüzlərlə ağacı kəsib-tökdü-Video

Bir ağaca görə vətəndaşı cərimələyən qurum özü yüzlərlə ağacı kəsib-tökdü-Video

Kəsilən ağaclar, göz görə-görə yaşanan ekoloji terror. Bu yaşıllıq Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində aparılan yenidənqurma işləri zamanı məhv edilib.

Yolun hər iki tərəfində iri gövdəli, yaşıl ağaclar kəsilib.

Bəs görəsən, bu ağacları qırıb-tökən yol çəkənlərimiz məsələ ilə bağlı nə düşünür? Bu ürək dağlayan mənzərə ilə bağlı AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfliyə üz tutduq. Bildirdi ki, yolun genişləndirilməsi üçün ağacların kəsilməsi və köçürülməsi rəy əsasında həyata keçirilib.

Əlbəttə, yol mədəniyyətdir və yolların genişləndirilməsi gediş-gəlişin daha rahat və təhlükəsiz olmasına zəmin yaradır. Amma bu quruculuq mütləq vətənimizin ağciyərlərinin məhv edilməsi bahasınamı başa gəlməli idi? Yol inşasına görə bu qədər yaşıl ağacın kəsilməsinə kimlər qərar verib?

Elə bu suallarla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə müraciət etdik. Qurumdan bizi Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qəmbərova yönəltdilər. O isə suallarımıza belə cavab verdi:

Bağımızdakı bircə ağacı belə kəsməyə min-bir əziyyətlə icazə aldığımız vaxtda necə olur ki, yol çəkmək üçün ağacları belə rahatlıqla qırıb-tökə bilirik və bircə nəfər də bu terroru törədənlərə gözün üstə qaşın var demir?

Əlimizə düşən ilk bəhanədən istifadə edib kəsəcəkdiksə, illərdir ağac əkmə aksiyaları ilə yaşıllıq zolaqları yaratmağımız nəyə lazım idi?

Bəs görən bu ağacların bir yerdən digər yerə köçürülməsi mümkün deyildimi?

Qurum rəsmisinin dediklərindən belə başa düşdük ki, burda kəsilən ağacların hamısının əcəli çatıbmış. Baxmayaraq ki, əksəri hələ də yaşıl idi və uzun illər boyu bizi oksigenlə təmin edəcəklərdi. Təbii aidiyyəti qurumlar qətliam yerinə, standartlarına uyğunlaşmağa çalışdığımız o xarici təcrübələrdə də olduğu kimi xüsusi texnikalar vasitəsilə kökündən çıxarılıb başqa ərazilərə köçürülsəydilər.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − fifteen =