Bir aydan az müddətdə 4 Amerika əsgəri intihar edib

Bir aydan az müddətdə 4 Amerika əsgəri intihar edib

Amerika mediası son 30 gündə bu ölkənin Hərbi Dəniz Qüvvələrinin ən azı 4 əsgərinin Virciniya ştatındakı bazada intihar etdiyini açıqlayıb.

Mehr Xəbər Agentliyinin məlumatına görə, NBC News hərbi rəsmilərə və hərbçilərin ailə üzvlərinə istinad edərək, son bir ayda ABŞ Hərbi Dəniz Qüvvələrinin ən azı 4 əsgərinin Virciniya ştatındakı bazada intihar etdiyini açıqlayıb.

Bu, ABŞ Hərbi Dəniz Qüvvələrində geniş yayılmış psixi sağlamlıq böhranı ilə bağlı narahatlıqları artıran bu ilki intiharlarının ən sonuncusudur.

İntihar edən bu 4 əsgər Virciniya ştatının “Norfolk” şəhərində yerləşən “Atlantic Regional Maintenance and Protection Center”də işləyirdilər və onların işi döyüş gəmilərinə texniki qulluq və təmirdən ibarət idi.

Bu 4 əsgər 29 oktyabr – 26 noyabr tarixləri arasında intihar edib və yaşları 22-26 arasında olub.

İki həftə əvvəl əsgərlərə kömək etmək üçün bazaya göndərilən məsləhətçi Kayla Arrestino deyir: “Mən bu bazada çox məyusluqla qarşılaşdım. Bu problemlərin bir hissəsi rəhbərlikləyin təhqiramiz əməlləri ilə bağlıdır. Əsgərlər və matroslar ilk günlərdə bu məsələni dilə gətirirdilər.

Bu yaxınlarda bazada dörd intiharın qarşısının alınması ilə bağlı kofnransda iştirak edən əsgərlərdən biri NBC News-a verdiyi müsahibədə deyib:

Bir çox dənizçi və əsgər iş yerində psixi sağlamlıq resurslarının olmaması və komandirlər və menecerlər tərəfindən həddindən artıq işləmək və lazımınca qiymətləndirilməmək hissi ilə daha da ağırlaşan şəxsi problemlərlə məşğul olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 4 =