Bir gündə 27 dəfə Fələstin xalq müqavimət əməliyyatı keçirilib
Fələstin mediası xalq müqavimət qrupları və qüvvələrinin ötən gecə və gündüz sionist işğalçılara qarşı 27 müxtəlif əməliyyat həyata keçirdiklərini açıqlayıb.
Fələstin İnformasiya Mərkəzinə istinadla verilən məlumata görə, “Muti” məlumat mərkəzi bir hesabatda İordan çayının qərb sahilində son 24 saat ərzində 27 müqavimət əməliyyatı keçirildiyini açıqlayıb.
Bu hesabatda bildirilir ki, bu əməliyyatlarda 4 atışma, işğalçı mühacirlər ilə qarşıdurma və onların maşınlarına hücum olub, bu zaman 2 sionist yaralanıb.
Son 24 saat ərzində Qüds, Ramullah, Ceənin, Nablus, Yerixo və Hebron da daxil olmaqla 10 yerdə fələstinlilər arasında toqquşma olub. Bu toqquşmalarda çoxlu sayda insan yaralanıb.
Şahab xəbər agentliyi həmçinin bu cümə axşamı səhər saatlarında sionist işğalçı qüvvələrin İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücumu zamanı 9 fələstinlinin həbs olunduğunu açıqlayıb.