Bir gündə Qəzzada ən azı 71 fələstinli həlak olub

İsrailin Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsinə endirdiyi hava zərbəsi nəticəsində 8-i uşaq olmaqla azı 33 nəfər həlak olub.
Bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, hava hücumunda 50-dən çox insan yaralanıb, yaşayış binaları atəşə tutulub.
Qətərin “Əl-Cəzirə” telekanalının məlumatına görə, İsrailin hücumları nəticəsində son 24 saat ərzində Qəzzada ən azı 71 fələstinli həlak olub.