Bir milyon şəhidi olan xalq İsraili Afrika İttifaqından qovdu

Bir milyon şəhidi olan xalq İsraili Afrika İttifaqından qovdu

Bəzi ərəb rejimlərinin işğalçı rejimlə münasibətləri normallaşdırmağa, onunla hərbi, təhlükəsizlik və siyasi müqavilələr bağlamağa tələsdiyi bir vaxtda Əlcəzair nəinki bu biabırçı tendensiyanı rədd etdi, həm də sionistlərin Afrika qitəsinə sızmasının qarşısını aldı.

Əlcəzair İsrailin Afrika Birliyində müşahidəçi statusu qazanmasının qarşısını almaq üçün kampaniyaya başlayıb.

Afrika İttifaqının komissarı Musa Fəqi sionist rejimə ittifaqda müşahidəçi rolu vermək qərarına gəldiyi ilk gündən Əlcəzair Cənubi Afrika və bəzi ölkələrlə birlikdə bu qərarı rədd edərək, bunu Afrikanın İttifaqının daxili qanunlarının pozulması adlandırıb. Belə ki, bu qurumun digər üzvləri, o cümlədən Əlcəzairlə məsləhətləşmədən belə bir qərar qəbul edilib.

Əlcəzair hesab edir ki, sionist rejimə Afrika İttifaqında müşahidəçi statusunun verilməsi Afrika İttifaqının daxili sisteminə tamamilə ziddir, çünki bu ittifaq müstəmləkəçilik, işğal və irqçiliyə qarşı mübarizə prinsipləriə əsaslanır və bütün bu xüsusiyyətlər sionist rejimdə var.

Sionist Rejim 1948-ci ildən Fələstin torpaqlarını işğal edib, həmçinin Fələstin ərazilərini və Suriyanı işğal etməkdə və Fələstin xalqına qarşı irqçi siyasəti yürütməkdədir.

Afrikalıların işğalçı və irqçi İsrail rejiminin Afrika İttifaqının tərkibində müşahidəçi olmasına qarşı çıxmasının səbəbini qitənin tarixini araşdırmaqla əldə etmək olar.

Bu qitənin xalqları Avropa müstəmləkə irqçiliyindən və onun qitəyə qarşı ədalətsizliyindən çox əziyyət çəkib. Ona görə də bu işğalçı və irqçi rejimin Afrika Birliyində özünə yer tapması qeyri-mümkündür.

Əksər müşahidəçilər hesab edir ki, İsrailin Afrika İttifaqına girməsinə qarşı kampaniyaya rəhbərlik edən Əlcəzair iki diplomatik qələbə qazanıb:

Birincisi, İsrailə Afrika İttifaqında müşahidəçi statusunun verilməsi qərarının ləğvi və ikincisi, yeddi ölkədən (Əlcəzair, Nigeriya, Cənubi Afrika, Konqo, ..) ibarət nümayəndə heyətinin formalaşması Afrika Birliyinə üzvlüklə bağlı araşdırmalardan məhsuldur və beləliklə də İsrail yenidən birliyə sızmaq üçün böyük problemlə üzləşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + 8 =