Bir sionist mühacir öldürülüb

Bir sionist mühacir öldürülüb

Doqquz ay əvvəl bir fələstinlinin zərbələri nəticəsində komaya düşən sionist mühacir dünyasını dəyişib.

İsrail xəstəxana mənbələri bir fələstinlinin balta zərbələri nəticəsində 9 ay xəstəxanada qaldıqdan sonra, bir sionist mühacirin öldüyünü bildirib.

Ərəb 21 saytının məlumatına görə, Tel-Əvivin şərqindəki “Əl-Ad” qəsəbəsində məskunlaşan bu sinonist mhacir bir fələstinlinin şəhadət əməliyyatının olmasının hədəfi olub və o, başından balta ilə ağır yaralanaraq komaya düşüb.

Yediot Aharonot qəzetinin məlumatına görə, iki fələstinli hücumçu Sübhi Şəqir və Əsəd Ər-Rufai bu sionistə hücum etdikdə o, əlindəki silahla onlara atəş açıb, lakin iki fələstinli gənci vura bilməyib.

Digər tərəfdən, bu gün səhər saatlarından başlayaraq sionist işğalçı qüvvələr geniş həbslər həyata keçirərək, Ramullah, Bireh şəhəri və ətrafı, Tulkərim şəhəri və ətraf kəndlərdə 22 fələstinlini həbs ediblər.

Eyni zamanda, işğalçı qüvvələr Nablusun cənubundakı “Duma” kəndində iki evi buldozerlərlə dağıdıb və yerlə yeksan ediblər. Bu iki evdə 21 nəfər yaşayırdı və indi qışın soyuğunda onlar didərgin olublar.

Həmçinin əsgərlər kəndə daxil olarkən onlarla sakinlər arasında münaqişə yaranıb və sionistlər sakinlərə gözyaşardıcı qaz atıblar.

Tel-Əviv rejimi fələstinlilərin evlərini və dükanlarını sökmək üçün tikinti icazəsinin olmamasından bəhanə kimi istifadə edir. Halbuki, rejim nadir hallarda fələstinlilərə tikinti icazəsi verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − 7 =