Bir sıra müsəlman ölkələrində Qüds günü ilə bağlı aksiyalar keçirilib

Bir sıra müsəlman ölkələrində Qüds günü ilə bağlı aksiyalar keçirilib

Pakistanın Kəraçi şəhərində, Kəşmirdə, İraqda, Suriyada və Yəmənin 14 əyalətində, eləcə də İranın paytaxtında Beynəlxlalq Qüds günü ilə bağlı aksiyalar keçirilib.

Koronavirus pandemiyasına görə Beynəlxalq Qüds günü ilə bağlı tədbirlər əksər müsəlman ölkələrində toplantılar deyil, müxtəlif virtual vebinarlar və videokonfranslar formatında keçirilib.

Lakin Yəmənin 14 əyaləti, Kəşmir, Pakistanın Kəraçi və Kvetta şəhərləri, İranın paytaxtı, Suriyanın Dəməşq şəhəri, İraqın Bəsrə və Fəllucə şəhərləri, Qəzza, Livan və sair bölgələrdə Qüds günü tədbirləri aksiyalar formasında keçirilib.

Qeyd edək ki, bu gün Qüdsdə əl-Əqsa məscidi ətrafında qılınan Ramazanın son cümə günü namazına 70 min insan qatılıb. İsrail qüvvələrinin məhdudiyyətlərinə baxmayaraq 70 min müsəlman son cümə əl-Əqsa məscidi ətrafında bir araya gəlib, namazdan sonra işğal əleyhinə şüarlar səsləndirib və dünya ictimaiyyətini Fələstin məsələsinə yönəldiblər.

Salamnews

https://www.youtube.com/watch?v=NfeVRyD5RNQ&feature=emb_title

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + 13 =