Birləşmiş Millətlər Təşkilatı: Qəzza müharibəsində 13 mindən çox uşaq həlak olub

Birləşmiş Millətlər Təşkilatı: Qəzza müharibəsində 13 mindən çox uşaq həlak olub

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) rəhbəri Ketrin Rassel Qəzzada gedən müharibə nəticəsində 13 mindən çox uşağın öldüyünü, saysız-hesabsız uşağın yaralandığını açıqlayıb.

İRNA-nın şənbə gecəsi “Əl-Cəzirə English” –a istinadən verdiyi xəbərə görə, Rassel X sosial hesabında yazıb:

Evlər, məktəblər və xəstəxanalar dağıdılıb. Müəllimlər, həkimlər və humanitar fəallar öldürülüb. Aclıq yaxındır. Məhv etmənin səviyyəsi və sürəti şok edicidir. Qəzzada uşaqların hazırda atəşkəsə ehtiyacı var.

İRNA-nın məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Rəfəhi “uşaqlar şəhəri” adlandırıb və vurğulayıb ki, burada yüz minlərlə ac uşaq mühasirəyə alınıb və hərbi hücuma məruz qalmaq təhlükəsi altındadır.

Bu günlərdə Qəzzada ərzaq təhlükəsizliyi ciddi təhlükə altındadır. Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) X sosial şəbəkəsindəki səhifəsində bir mesajda Qəzza zolağında ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyəti çox ağır hesab edib.

Eyni zamanda, Fələstinin Qəzza zolağındakı Səhiyyə Nazirliyi bu şənbə günü elan edib ki, sionist rejimin oktyabrın 7-dən indiyədək Qəzzəyə təcavüzünün qurbanları artaraq 33 min 137 şəhid və 75 min 815 yaralıya çatıb.

Fələstinin Səhiyyə Nazirliyi vurğulayıb: Sionist rejim Qəzzə xalqına qarşı 4 qətliam törədib və son 24 saatda 46 şəhid və 65 yaralı xəstəxanalara yerləşdirilib.

Fələstinin Səhiyyə Nazirliyi dağıntılar altında və küçələrdə hələ də çoxlu qurbanların olduğunu, yardım və mülki müdafiə qruplarının onlara çata bilmədiyini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − five =