Birləşmiş Millətlər Təşkilatı: Son 6 ayda 167 fələstinli İsrail əsgərləri tərəfindən öldürülüb

Birləşmiş Millətlər Təşkilatı: Son 6 ayda 167 fələstinli İsrail əsgərləri tərəfindən öldürülüb

Birləşmiş Millətlər Təşkilatının Humanitar İşlər İdarəsi son 6 ayda 167 fələstinlinin İsrail qüvvələri tərəfindən öldürüldüyünü açıqlayıb ki, bu rəqəm keçən illə müqayisədə artımı göstərir.

“Middle East Monitor” internet saytının məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi son 6 ayda İordan çayının qərb sahilində və sionist rejim qüvvələri tərəfindən işğal olunmuş Fələstində öldürülən fələstinlilərin sayının 167 nəfər olduğunu açıqlayıb.

Bu hesabata əsasən, bu rəqəm 2022-ci ildə sionist rejim qüvvələri tərəfindən öldürülən 155 nəfər fələstinlinin ümumi sayından çoxdur.

Ofis iyul-avqust ayları ərzində İordan çayının qərb sahilində sionist qüvvələr tərəfindən 60-ı uşaq olmaqla 276 fələstinlinin yaralandığını açıqlayıb.

Bu idarə öz hesabatında bildirib ki, sionist rejim səlahiyyətliləri “işğal edilmiş Qüds”ün şərqində və İordan çayının qərb sahilində “C” bölgəsində 56 binanı dağıdıb və ya müsadirə edib, nəticədə 12-si uşaq olmaqla 23 fələstinli öz evindən didərgin düşüb və bu, 3500-dən çox insanın dolanışıq vasitələrinə təsir göstərib.

Eyni kontekstdə cümə günü sionist rejim əsgərlərinin İordan çayının qərb sahilində yerləşən “Tulkərim” düşərgəsinə hücumu zamanı onlarla Fələstin müqaviməti arasında silahlı toqquşmalar baş verib.

Yerli mənbələr işğalçı qüvvələrin çoxlu sayda zirehli texnika ilə Tulkərim düşərgəsinə hücum etdiyini və bir sıra binalara snayperlər yerləşdirdiyini açıqlayıb. İşğalçı rejim ordusunun cümə günü Tulkərimə hücumu nəticəsində “Mahmud Cihad Cerad” adlı 23 yaşlı fələstinli şəhid olub, 8 nəfər isə yaralanıb.

Yerli mənbələr əlavə edib ki, cümə günü baş verən toqquşmalarda Fələstin müqaviməti də güllə və partlayıcılarla işğalçı rejimin əsgərlərini hədəf alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 4 =