Birləşmiş Millətlər Təşkilatı Tel-Əvivin nüvə silahlarının ləğvini tələb edib

Birləşmiş Millətlər Təşkilatı Tel-Əvivin nüvə silahlarının ləğvini tələb edib

BMT Baş Assambleyası sionist rejimdən nüvə silahlarının ləğvini tələb edən qətnamə qəbul edib.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Tel-Əvivdən nüvə silahlarından imtina etməsini tələb edən qətnamə qəbul edib.

Bu qətnamə çərşənbə günü BMT Baş Assambleyasında lehinə 149, əleyhinə isə 6 səslə təsdiq edilib.

ABŞ, Kanada, Mikroneziya, Palau və Liberiya nümayəndələri bu qətnamənin əleyhinə səs veriblər. Həmçinin, Ukrayna, Hindistan və bir çox Avropa ölkələri də daxil olmaqla, daha 27 ölkə bu qətnaməyə səsvermədə bitərəf qalıb.

Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Komitəsi 152 ölkənin müsbət səsi ilə sionist rejimin nüvə silahlarının məhv edilməsini və Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən bu rejimin nüvə obyektlərinin beynəlxalq monitorinqinin tətbiqini tələb etmişdi.

Bu təklif olunan layihənin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Komitəsində təsdiqi elə bir vəziyyətdədir ki, sionist rejim nüvə silahına malik olmasına baxmayaraq, bunu heç vaxt rəsmi şəkildə etiraf etmək istəməyib.

Tel-Əviv də NPT kimi tanınan Nüvə Silahlarının Yayılmasına dair Müqaviləni imzalamaqdan imtina edən BMT-nin bir neçə üzvü arasındadır.

Misirin təklifi ilə Baş Assambleya Komitəsinə təqdim edilən bu layihə 152 ölkənin müsbət səsi və Kanada və ABŞ başda olmaqla 5 ölkənin müxalifəti, o cümlədən, Avropa Birliyinin üzvləri olan 24 ölkənin bitərəfliyi ilə təsdiqlənib.

Beyin mərkəzləri və xəbər mənbələri tərəfindən dərc edilən hesabatlara görə, Tel-Əviv nüvə silahına sahib olmaqda “qeyri-müəyyənlik” siyasətini davam etdirsə də, amma bu rejimin 80-90 nüvə başlığına malik olduğu təxmin edilir (hətta 200-dən 400-ə qədəri də qeyd olunub).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + sixteen =