“Bitcoin” dayanmaq bilmir: Yeni rekord

Beynəlxalq maliyyə bazarlarında “Bitcoin”in yüksəlişi davam edir.
Bu barədə “Binance” birjasına istinadən xəbər verir.
Kriptovalyutanın qiyməti tarixinin ən yüksək həddinə qalxaraq 93.9 min ABŞ dollarını ötüb.
Qeyd edək ki, ABŞ-də prezident seçkisinin nəticələri məlum olduqdan sonra “Bitcoin” kəskin bahalaşmağa başlayıb.