Biz qisas almağı heç vaxt unutmayacağıq

Biz qisas almağı heç vaxt unutmayacağıq

İraq Nucəba Hərəkatının Baş katibi deyib: ABŞ-ın bütün işğalçı qüvvələrinin qəti şəkildə çıxarılması təsdiqlənənə qədər İraqdan çıxacağı iddiası aldadıcı və qəbuledilməzdir. Bəsrədəki Prezident Sarayının kompleksində müqavimət komandirlərinin şəhadətinin ikinci ildönümünü anmaq üçün çoxlu sayda İraq vətəndaşının iştirakı ilə “Fəya syufi xuzini” (Ey qılıncları, imdadıma çatın!) adlı böyük konfrans keçirilib.

Nücəbə İslami Müqavimət Hərəkatının baş katibi Şeyx Əkrəm əl-Kəabi mitinqin əsas məruzəçisi olaraq deyib: “Qisas zəngi hələ də çalınır və biz amerikalı və sionist sui-qəsdçilərə və onların əlaltılarına qarşı silahlarımızı yerə qoymamışıq. Biz heç vaxt məsuliyyətimizdən yayınmamışıq, çünki biz öz torpağımızda kök salmışıq, bu torpaqda yaşayırıq və orada öləcəyik. Şübhəsiz ki, düşmənlər tənəzzüldədir və onların muzdluları da alçaldıcı şəkildə onlara qoşulacaqlar.”

Əkrəm Əl-Kəbi əlavə edib: “Şəhid olan iki komandirin qisasını almaq bu ölkənin hər bir aşiqinə və müdafiəçisinə vacibdir və biz bunun üzərindən asanlıqla keçməyəcəyik. ABŞ-ın İraqdan çıxması iddiası aldadıcıdır və bütün işğalçı qüvvələrin qəti şəkildə çıxarılması təsdiqlənənə qədər qəbuledilməzdir.”

“Biz hədələrdən qorxmuruq, çünki hamımız İmam Hüseyn (ə) yolunda şəhid olmağa hazırıq. Müqavimət əməliyyatı bu gündən sonra dayanmayacaq və cavabımız getdikcə daha sərt olacaq. Bizə qarşı istənilən hansısa bir axmaqlıq əməliyyatların əhatə dairəsinin genişlənməsinə səbəb olacaq.

Düşməni təkcə burada deyil, İraqdan kənarda hər yerdə təqib edib hədəfə alacağıq; Xüsusilə, ABŞ hərbi bazalarına ev sahibliyi edən muzdluların idarə etdiyi ölkələrdə.”

 “Milli suverenlikdən danışanlar İraq səmasının işğal altında olduğunu və Amerika qırıcılarının heç bir maneə olmadan ölkənin suverenliyini açıq şəkildə pozduğunu bilmirlərmi? Məgər bilmirlər ki, ABŞ İraqı dəniz yolu ilə mühasirəyə alıb və Suriya ərazisinin bir hissəsini işğal edib? Bəs onların BƏƏ, Səudiyyə Ərəbistanı və Qətərdəki ABŞ bazalarından xəbəri yoxdur?

“İşğalçıların bəzi yerli muzdluların köməyi ilə öz qüvvələrinin missiyasını döyüşdən məşvərətçiliyə dəyişmək məcburiyyətində qalması müqavimətin düzgün yolda olduğunu və İraq üfüqündə qələbə əlamətlərinin göründüyünü sübuta yetirir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + 12 =