Blinken ABŞ-nin Ermənistana dəstək tədbirlərini müzakirə etdiyini açıqlayıb

Blinken ABŞ-nin Ermənistana dəstək tədbirlərini müzakirə etdiyini açıqlayıb

Hazırda rəsmi Vaşinqton Ermənistanın sorğusu əsasında bu ölkəyə dəstək tədbirlərinin gücləndirilməsi istiqamətində müzakirələr aparır.

ABŞ Konqresinin saytının məlumatına görə, bunu dövlət katibi Antoni Blinken Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin iclasında deyib.

Bununla yanaşı o, apreldə həm Ermənistanın Baş naziri Nikol Paşinyan, həm də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə görüşünü xatırladıb:

“Avropa İttifaqı rəsmiləri ilə bu istiqamətdə aparılan məsləhətləşmələr Ermənistan hökumətinə hansı istiqamətlər üzrə dəstəyin verilməli olduğunu müəyyənləşdirmək məqsədi daşıyıb. Biz belə qərara gəlmişik ki, həyata keçiriləcək tədbirlər bütün istiqamətləri əhatə etməlidir” – deyə, A. Blinken fikirlərini tamamlayıb.

O həmçinin əlavə edib ki, ölkəsi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına inanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 5 =