Blinken: Çin ciddi geosiyasi problemdir
Publika.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
Blinkenin sözlərinə görə, ABŞ büdcəsi Hind-Sakit okean regionunda “oyunu gücləndirməyə” imkan verir. O qeyd edib ki, diplomatik mövcudluğun genişləndirilməsi Sakit okean adalarında yeni missiyaları, eləcə də regionda və ondan kənarda mövqelərin genişləndirilməsini əhatə edəcək:
“Çin Vaşinqtonda hakimiyyətin üzləşdiyi ən ciddi geosiyasi problemdir. Hazırda tərəfdaşlarla Pekindən gələn “çağırışların” öhdəsindən necə gəlmək barədə razılıq əldə olunub”.
Blinken ABŞ-ın qarşıdurma, soyuq müharibə və ya Çini cilovlamaq istəmədiyinə diqqət çəkib. O əlavə edib ki, Vaşinqton Pekinlə iqlim böhranı, makroiqtisadi sabitlik və ictimai səhiyyə sahələrində əlaqələri inkişaf etdirməyə hazırdır.
Publika.az