Blinken: Həniyyənin öldürülməsində ABŞ-nin əli yoxdur

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündə ABŞ-nin əli yoxdur.
Bunu CNA portalına ABŞ Dövlət katibi Antoni Blinken deyib.
Onun sözlərinə görə, ABŞ HƏMAS-ın Siyasi Bürosunun rəhbərinin öldürülməsindən xəbəri olmayıb.
İ.Haniyənin öldürülməsi Qəzza zolağında müharibənin gedişatını dəyişəcəkmi sualına cavabında A.Blinken bildirib ki, fərziyyələr irəli sürmək çətindir.