Blinken İsrailin xarici işlər naziri vasitəsilə Lavrova mesaj göndərib

Blinken İsrailin xarici işlər naziri vasitəsilə Lavrova mesaj göndərib

ABŞ dövlət katibi Entoni Blinkenlə İsrailin xarici işlər naziri Eli Koen arasında telefon danışığı baş tutub.

APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Entoni Blinken israilli həmkarından Rusiyanın xarici işlər naziri Sergey Lavrova mesaj çatdırmağı xahiş edib.

Blinkenin göndərdiyi mesajın məzmunu açıqlanmayıb.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Lavrov və Koen iqtisadi əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + sixteen =