Blinken Nigerin devrilmiş prezidenti ilə danışıb

ABŞ dövlət katibi Entoni Blinken üsyançılar tərəfindən hakimiyyətdən uzaqlaşdırılan Niger prezidenti Məhəmməd Bazumla telefon danışığı apararaq, Afrika ölkəsindəki böhranın sülh yolu ilə həllinə sadiq olduğunu bildirib.
APA xəbər verir ki, o bu barədə Tvitterdə yazıb.
“Mövcud konstitusiya böhranının sülh yolu ilə həllində davamlı səylərimizi ifadə etmək üçün Niger Prezidenti Bazum ilə danışdıq”, – o deyib.
Blinken həmçinin, Nigerdə hakimiyyəti ələ keçirmiş üsyançıları prezidenti və ailəsini dərhal azad etməyə çağırıb.
Xatırladaq ki, ötən ayın sonlarında ordu tərəfindən Nigerdə silahlı qiyam baş verib və ölkə Prezidenti Məhəmməd Bazum Prezident Qvardiyasının üzvləri tərəfindən saxlanılıb.Bunun ardınca isə hərbçilər ölkə prezidentinin devrilməsini və sərhədlərin bağlandığını elan ediblər. Nigerdə dövlət çevrilişindən sonra kütləvi iğtişaşlar zamanı xeyli sayda ölən və yaralananların olduğu bildirilib.
Apa.az