Blinken Səudiyyə Ərəbistanının XİN başçısı ilə Qəzzada vəziyyəti müzakirə edib

Blinken Səudiyyə Ərəbistanının XİN başçısı ilə Qəzzada vəziyyəti müzakirə edib

ABŞ dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan Əl Səudla telefon danışığı aparıb, onlar Qəzza zolağında vəziyyətin nizamlanması üzrə fəaliyyətin koordinasiyasını müzakirə ediblər.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

“Dövlət katibi və xarici işlər naziri Qəzzada sabit atəşkəsə nail olmaq, bütün girovların azad edilməsini təmin etmək və Qəzzada humanitar yardımın həcmini artırmaq, habelə münaqişədən sonrakı dövrdə fəaliyyətin əlaqələndirilməsi üçün hazırkı səyləri müzakirə ediblər”, – o deyib.

Miller qeyd edib ki, Blinken BMT strukturlarının əməkdaşlarının yəmənli husi üsyançıları tərəfindən tutulmasından və Qırmızı dənizdəki gəmilərə davamlı hücumlardan narahatlığını ifadə edib.

Tərəflər Sudanda hərbi əməliyyatların dayandırılması üçün kollektiv tədbirlərin görülməsinin zəruriliyini də müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + thirteen =