Blinken Ukraynaya yeni hərbi yardım ayrıldığınıı təsdiqləyib
ABŞ administrasiyası Ukraynaya 250 milyon dollarlıq hərbi yardım paketi ayırır, bu, 2023-cü ildə sonuncu olacaq.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.
Paketə hava hücumundan müdafiə sistemləri üçün sursat və avadanlıqlar, döyüş sursatları, 155 mm və 105 mm çaplı artilleriya mərmiləri, tank əleyhinə silahlar daxildir.