Blinkenin Türkiyədə qarşılanması gündəm oldu – Video

Blinkenin Türkiyədə qarşılanması gündəm oldu – Video

Bu gün Ankarada səfərdə olan ABŞ dövlət katibi Entoni Blinkenlə Türkiyənin XİN rəhbəri Hakan Fidan arasında görüş keçirilib. 

Danışıqlardan əvvəl Hakan Fidanın Entoni Blinkeni qarşılaması zamanı maraqlı an yaşanıb.

Belə ki, Blinken Hakan Fidanı qucaqlayaraq görüşmək istəsə də, Türkiyənin XİN rəhbəri onun bu jestinə cavab olaraq həmkarı ilə əllə salamlaşmağa üstünlük verib.

Bununla yanaşı, Blinkenin dünən gecə saatlarında Ankarada hava limanında qarşılanması da medianın diqqətini çəkib. Türkiyə KİV yazır ki, tarixdə ilk dəfə olaraq ABŞ dövlət katibi yüksəkvəzifəli türkiyəli şəxs olmadan qarşılanıb. Blinkeni Esenboğa hava limanında ABŞ-nin Türkiyədəki səfiri Ceff Fleyk, Ankara valisinin müavini Namık Kemal Nazlı və digərləri qarşılayıb. Görüntülərdə ərazidə işıqların yandırılmaması da əks olunub. Xarici media Blinkenin bu formada qarşılanmasını onun Fələstin-İsrail münaqişəsinə yanaşması ilə əlaqələndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 1 =