Bloomberg: Mastercard təxminən min işçisini ixtisar edəcək

Mastercard yenidən təşkilatlanma çərçivəsində mövcud olduğu 80-dən çox ölkədəki bölmələrində işçilərin 3%-ni və ya təxminən min nəfəri ixtisar etmək niyyətindədir.
Bu barədə korporasiya nümayəndəsinin elektron məktubuna istinadən “Bloomberg“ agentliyi məlumat yayıb.
Məlumatda ixtisar prosesinin böyük hissəsinin sentyabrın 30-da başa çatdırılması gözlənildiyi bildirilir.
Korporasiyanın işçi heyəti 2023-cü ilin sonunda 33 400 nəfər olub ki, onların da 67%-i ABŞ-dan kənarda işləyir.