BMT Baş Assambleyası Fələstinin tamhüquqlu üzvlüyünün lehinə səs verdi

BMT Baş Assambleyası Fələstinin tamhüquqlu üzvlüyünün lehinə səs verdi

Ərəb Qrupu ölkələrinin Fələstinin Birləşmiş Millətlər Təşkilatına tamhüquqlu üzvlüyü ilə bağlı qətnaməsi BMT Baş Assambleyasında Fələstini tamhüquqlu üzv kimi qəbul etdi.

İRNA-nın məlumatına əsasən, dünən axşam BMT-də dünən (10 may) keçirilən fövqəladə sessiyasında Fələstinin BMT-yə tamhüquqlu üzv olmaq tələbi səsə qoyldu və 143 müsbət səslə təsdiqlənərək 194 üzv ölkədən biri olması barədə qərar etapına daxil oldu.

Məlumata görə Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünə dair qətnamə layihəsi lehinə əleyhinə 9 və bitərəf 25 səslə təsdiq edildi.

Xatırladaq ki, bu qərar Fələstinin müraciəti əsasında təqdim olunan qətnamə layihəsi barəsində BMT Baş Assambleyasında təşkilata üzv olan 109 ölkənin qurumdakı daimi nümayəndəsi tərəfindən müzakirələrdən sonra verilib.

Sənəddə Fələstin xalqının öz müqəddəratını təyinetmə və dövlət qurmaq hüququ yer alır və BMT Baş katibi qətnamənin icrası üçün lazımi addımlar atmağa çağırılır.

Fələstinin tamhüquqlu üzvlüyü üçün səslərin üçdə ikisi onun “lehinə” olmalı idi ki, 143 səslə təsdiqlənib.

Xatırladaq ki, Fələstin 2011-ci ildə BMT-yə tam üzv olmaq üçün müraciət etsə də bu müraciət lazımi dəstəyi almamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − six =