BMT Baş katibi BƏƏ lideri ilə “Taxıl sazişi”nin uzadılmasını müzakirə edib

BMT Baş katibi BƏƏ lideri ilə “Taxıl sazişi”nin uzadılmasını müzakirə edib

BMT-nin Baş katibi Antoniu Quterreş Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə telefon danışığında “Taxıl sazişi”nin uzadılmasını müzakirə edib.

“Report” xəbər verir ki, tərəflər sazişin əhəmiyyətini vurğulayıb və onun uzadılması üçün səyləri nəzərdən keçiriblər.

A.Quterreş və BƏƏ lideri ümumi maraq doğuran məsələlər üzrə əlaqəni gücləndirmək və bu mövzuda ünsiyyət və əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

A.Quterreş iyulun 12-də Rusiya Prezidenti Vladimir Putinə də “Taxıl sazişi”nin uzadılması ilə bağlı məktub göndərib. Baş katib məktubunda yazıb ki, BMT məsələ barədə təkliflər üzrə Moskva ilə əməkdaşlığa hazırdır.

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.

Daha öncə iki dəfə 60 gün müddətində uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatacaq.

Rusiya rəsmiləri sazişin uzadılması üçün heç bir imkan görmədiklərini bildiriblər.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 3 =