BMT baş katibi İsrail və Livan arasında atəşkəsi alqışlayıb

BMT-nin baş katibi Antonio Quterreş Livan və İsrail arasında atəşkəs razılaşmasını alqışlayıb.
Bu haqda Quttereşin sözçüsü Stefan Dujarrikin yaydığı bəyanatda bildirilir.
“BMT-nin baş katibi Livan və İsrail arasında atəşkəsin elan edilməsini alqışlayır, bu razılaşmanın, hər iki ölkə xalqına qarşı zorakılığa, dağıntılara və iztirablara son qoyacağına ümid edir”, – deyə bəyanatda bildirilir.
Qeyd edək ki, İsrailin hərbi-siyasi kabineti Livanda atəşkəs planını rəsmən təsdiqləyib. Bundan qısa müddət sonra ABŞ prezidenti Co Bayden İsraillə “Hizbullah” arasında razılıq əldə olunduğunu açıqlayıb.