BMT Baş katibi: Süni intellekt təhsildən siyasətə qədər hər şeyi dəyişəcək

Süni intellekt təhsildən siyasətə qədər hər şeyi dəyişəcək.
BMT-nin baş katibi Antonio Qutterreş bu barədə ABŞ-də təşkilatın Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.
Baş katib bildirib ki, süni intellektin inkişafı əsas təhdidlərdən biridir: “Süni intellektin zəkanın idarə olunması ilə bağlı qlobal addım atılmalıdır”.
O, bəşəriyyət üçün əsas təhdidlərdən birinin də iqlim dəyişikliyi olduğunu vurğulayıb: “Bu gün getdiyimiz yol davamlı yol deyil. Dəyişiklikləri idarə etmək hamımızın maraqlarına cavab verir”.