BMT Baş katibi Ukraynada sülh üçün şərait yaradılmasının vacibliyindən danışıb

BMT Baş katibi Ukraynada sülh üçün şərait yaradılmasının vacibliyindən danışıb

BMT-nin Baş katibi Antoniu Quterriş Ukraynada sülhün bərqərar olması üçün şərait yaradılmasının vacibliyinə işarə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, şənbə günü Kambocada ASEAN sammiti çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

“Dialoqun bərpası və sülhün gələcəyi naminə yolların tapılması üçün şərait yaratmaq vacibdir”, – A.Quterriş deyib.

Baş katib əlavə edib ki, sülh sazişinin şərtləri BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanmalıdır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + nine =