BMT eksperti: İsrail Fələstin torpaqlarını açıq həbsxanaya çevirib

BMT eksperti: İsrail Fələstin torpaqlarını açıq həbsxanaya çevirib

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının eksperti bildirib ki, 1967-ci ildə Fələstin torpaqlarının işğalından bu yana 800 mindən çox fələstinli həbs olunub.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının eksperti Françeska Albanese 1967-ci ildə Fələstin torpaqlarının işğalından bu yana 800 mindən çox fələstinlinin saxlanılmasına toxunaraq, həbs edilənlər arasında 12 yaşından kiçik uşaqların olduğunu bildirib.

Albanese əlavə edib: Sionist rejim Fələstin ərazilərini açıq həbsxanaya çevirib və fələstinlilər bu rejimin atəşi altında azadlıqdan məhrum ediliblər.

 “Rai El Youm” qəzetinin məlumatına görə, Albanese deyib: “Əlbəttə, mən Fələstin tərəfinin mümkün zorakılığını göz ardı etmirəm, lakin bu zorakılıqların çoxu İsrail tərəfinin beynəlxalq hüququ pozması nəticəsində baş verib.”

O, çoxlu sayda fələstinlinin heç bir səbəb olmadan ittiham edildiyini, məhkəmə qərarı olmadan həbs edildiyini və təcridxanalarda qəddar davranışlara məruz qaldığını bildirib.

BMT-nin insan haqları üzrə bu eksperti bütün ölkələri qeyri-qanuni sionist məskunlaşmalarını tanımamağa və onun məmurlarının cəzalandırılması üçün çalışmağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 1 =