BMT Fələstinə görə toplanacaq

BMT Baş Assambleyasının Fələstin üzrə fövqəladə xüsusi sessiyası oktyabrın 26-da toplanacaq.
TASS xəbər verir ki, bunu təşkilatın Baş Assambleyasının 78-ci sessiyası sədrinin rəsmi nümayəndəsi Monika Qreyli deyib.
“BMT Baş Assambleyasının prezidenti Dennis Frensis oktyabrın 26-da BMT Baş Assambleyasının 10-cu fövqəladə xüsusi sessiyasının 39-cu plenar iclasına sədrlik edəcək”, – deyə Qreyli bildirib.