BMT: Fransada təhlükəsizlik qanunları insan haqlarını pozur

BMT: Fransada təhlükəsizlik qanunları insan haqlarını pozur

Fransada narazılıq dalğasına səbəb olan “Qlobal Təhlükəsizlik Qanunu” beynəlxalq insan hüquqları standartları ilə ziddiyyət təşkil edir və hərtərəfli şəkildə nəzərdən keçirilməlidir. Bu barədə BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçilərinin birgə bəyanatında deyilir.

SalamNews xəbər verir ki, sənədə imza atanlar arasında BMT-nin Azad toplaşmaq hüquqları ilə bağlı məsələlərə baxan xüsusi məruzəçisi Klemen Nyaletsossi Vul və BMT-nin Məhkəmədən kənar İcralar üzrə xüsusi məruzəçisi Agnes Kallamard da var.

“Fransız millət vəkillərinin polis məmurlarının videolarının yayımlanmasını qadağan edən mübahisəli 24-cü maddəni yenidən yazmaq niyyəti müsbət işarədir, lakin ümumilikdə qanun layihəsinin hədəfini yenidən dəyərləndirmək lazımdır”, sənəddə deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 7 =