BMT İnsan Haqları Komitəsi: Qəzzənin blokadada olması İsrail cinayətlərinin gizlədilməsidir

BMT İnsan Haqları Komitəsi: Qəzzənin blokadada olması İsrail cinayətlərinin gizlədilməsidir

BMT İnsan Haqları Komitəsi Qəzzə ilə bütün əlaqələrin kəsilməsini İsrail rejimi cinayətlərinin gizlədilməsi kimi qəbul etdiyini deyib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Human Rights Watch İsrailin Qəzzədə elektrik, internet və telefon xətlərinin kəsməsini geniş miqyaslı bir cinayətin ört-basdır edilməsi hesab etdiyini elan edib.

Eyni zamanda Beynəlxalq Əfv Təşkilatı Qəzzədə sivil vətəndaşların misligörünməz təhlükə ilə üz-üzə olduğunu elan edib. Bunun səbəbinin isə bütün əlaqə xətlərinin kəsilməsi və bombardmanlarla hücum miqyasını şiddətləndirməsi olduğunu deyib.

BƏT həmçinin İsraildən minlərlə günahsız insananın həlak olması ilə nəticələnən amansız hücumları dayandırmasını tələb edib.

BƏT Tel Əviv rəsmmilərinə xitabən deyib: Qəzzə infrastrukturu və rabitə sistemləri dərhal işə düşsün və təcili yardım və xilasetmə qrupları işə başlasın.

Qeyd edək ki, dünən axşamdan etibarən İsrail Qəzzədə elektrik sistemini tamamilə işdən salıb və yer hücumlarına başlayıb.

Fələstin rabitə şirkəti Qəzzədə internet bağlantısının kəsildiyini və bütün rabitə sistemlərinin bağlandığını elan edib.

Mearyo qəzetinin məlumatına görə, İsrail ordusunun müharibə gəmiləri Qəzzəni bombardman etməkdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − four =