BMT İsrail rejimini qanunsuzluqda və sülhə qarşı çıxmaqda ittiham etdi

BMT İsrail rejimini qanunsuzluqda və sülhə qarşı çıxmaqda ittiham etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın “Sputnik” xəbər agentliyinin məlumatına görə, BMT-nin Yaxın Şərq sülh prosesi üzrə nümayəndəsi Tur Uinslend bu gün İsrail rəsmilərinin İordan çayının qərb sahilində 1300-dən çox yeni yaşayış binasının tikintisi üçün tender elan etməsindən narahatlığını bildirərək deyib: “Biz Şərqi Qüds də daxil olmaqla, işğal altındakı İordan çayının qərb sahilində İsrail yaşayış məntəqələrinin davamlı inkişafından dərin narahatıq.”

Uinslend həmçinin deyib: “Bu yaşayış məntəqələrinin hamısı beynəlxalq hüquqa görə qeyri-qanunidir və bu yaşayış məntəqələri sülhə əsas maneə olaraq qalır və dərhal dayandırılmalıdır.”

Fələstinlilərlə israillilər arasında sülh danışıqları 2014-cü ilin aprelindən sionist rejimin yaşayış məntəqələrinin dayandırılmasına qarşı çıxmasından sonra maneə ilə üzləşib.

“Peace Now” insan haqları hərəkatının məlumatına görə, Şərqi Qüds də daxil olmaqla, işğal altındakı İordan çayının qərb sahilində təxminən 666 min əhalisi olan 145 böyük qəsəbə və 140 pərakəndə yaşayış məntəqələri (Tel-Əvivdə lisenziyasız yaşayış məntəqələri) mövcuddur.

Sionist rejimi bazar günü Co Baydenin ABŞ-da prezidentliyə seçilməsindən sonra ilk dəfə olaraq İordan çayının qərb sahilində 1300 yeni yaşayış binasının tikintisi üçün tender elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 8 =