BMT: “İsrail rejiminin Fələstində inşa planları qanunsuzdur”

BMT: “İsrail rejiminin Fələstində inşa planları qanunsuzdur”

BMT-nin baş katibinin rəsmi nümayəndəsi işğal olunmuş Fələstin ərazilərində, sionist İsrail rejiminin yaşayış yerlərinin inşasını qanunsuz adlandırıb. “İsrail rejiminin yaşayış yerlərində qanunsuzluğu ilə bağlı mövqeyimizi uzun müddət dəfələrlə bəyan etmişik və bir daha mövqeyimizin dəyişmədiyini bəyan etdirik – bu çox qəti və açıq bir mövqedir”, – deyə Stefan Dyujarriç qeyd edib.

“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə görə, Stefan əlavə edib: “İsrail rejiminin Fələstin torpaqlarını ilhaq etməsindən narahatlıq duyuruq və dəfələrlə öz mövqeyimizi bildirərək bunun qanunsuz olduğunu bildirmişik”. Sionist rejimi Trampın prezidentlik müddəti bitmədən əvvəl Fələstin ərazilərində 70 yəhudi kompleksinin inşasını qanuniləşdirməyə çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + 3 =